Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda mübahisə ölümə səbəb oldu - Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi
Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nahid Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 4-də Qaradağ rayonu ərazisindəki "Qobu Park-3" yaşayış massivində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, qətlə yetirilən Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Naxçıvanda qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
- Yevlaxda 34 yaşlı kişi qardaşını qətlə yetirdi
- "Qardaş" dediyi işçisinin arvadını zorladı, amansızlıqla öldürüldü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
- Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb?
- Küçədə tanışını bıçaqlayan gənc cəzadan azad edildi