Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda nazirlik əməkdaşı qəzaya səbəb oldu
Bakıda hərəkətdə olan avtomobildə qayın kürəkənini döyərək, qəzaya səbəb olub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində baş verib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində baş sürücü vəzifəsində işləyən Allahverdi Ə. kürəkəni Elnuru döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, Elnurla həyat yoldaşı L.Ə. arasında mübahisə yaranıb. L.Ə. bundan əsəbiləşərək atasının evinə gedib. Həyat yoldaşı ilə barışmaq istəyən Elnur idarə etdiyi "Toyota Prius" markalı avtomobillə qayınatasının evinə gedib. Qaynı Allahverdi isə onun hərəkətlərinə əsəbiləşib və aralarında sözlü mübahisə yaranıb. Bundan sonra Elnur Allahverdiyə yaşadıqları evdən bir qədər kənarda söhbət etməyi təklif edib. O da Elnurla razılaşaraq, sonuncunun maşınına əyləşib.
Bir qədər hərəkət etdikdən sonra onlar arasında yenidən mübahisə yaranıb. Allahverdi əsəbiləşərək, onun üzündən əli ilə vurub. Aldığı zərbə səbəbindən Elnur əlini hərəkətdə olan avtomobilinin sükanından çəkib və maşın yoldan çıxaraq divara çırpılıb.
Məhkəmənin qərarı ilə Allahverdi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 200 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, hadisə vətəndaş FHN-ə işə düzəlməmişdən əvvəl baş verib və özünü günahsız hesab etdiyi üçün məhkəmənin qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermək niyyətindədir. Allahverdinin Vətən müharibəsi qazisi olduğu bildirilir.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- İmişli rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
- Bakıda "Boranı" restoranında baş verən yanğın SÖNDÜRÜLÜB
- FHN dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
- Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi