Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda obyektdən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO
Paytaxtın Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanov saxlanılaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq.
Qeyd edək ki, bu ilin beş ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə səkkiz oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən vaxtında alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayişi pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib. Bundan başqa, hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində bir nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Oğlan yetkinlik yaşına çatmayan sevgilisini kimsəsiz evə apardı - Kürdəmirdə dəhşətli hadisə
- Ələsgər Məmmədli ilə bağlı qərar verilib
- Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Şəkidə keçmiş məhkum 26 kiloqram narkotiklə ƏLƏ KEÇDİ