Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının gizli şəkildə həyata keçdiyi aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxt sakinləri Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslərin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.