Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda restoran müdiri kababçı ilə dalaşdı, ofisiant döyüldü
Bakıda restoran işçiləri arasında dava olub.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki "Səma" restoranında baş verib.
Restoranın Cümşüd adlı sahibi həmin restoranda kababçı işləyən Tural adlı şəxslə mübahisə edib və onu işdən qovub. Nəticədə müdirlə kababçı arasında dava olub.
Restoranın ofisiantı olan Rəsul adlı şəxs isə davanı sakitləşdirmək məqsədi ilə kababçını restorandan çıxarıb həyətə gətirib. Bu dəfə Tural həyətdə ofisiantla mübahisə edib. Mübahisə davaya çevrilib və Tural Rəsulu döyərək ona xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.
Aqil Vəlili
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi
- Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik İDDİA
- Dəhşətli cinayətdə ŞOK DETAL: "Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi"
- Pula görə dayısını bıçaqlayan şəxsə HÖKM OXUNDU
- 56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona xəsarət yetirdi - TƏFƏRRÜAT