Bakıda gəlinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Şuşa şəhərciyi"ndə baş verib.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov birlikdə yaşadığı gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaq zərbələri ilə qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov saxlanılıb.
Qaynar xətt:
(055) 224 12 12