Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs olunub
Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Chevrolet" markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
"Avtoxuliqanlıq" teqi üzrə xəbərlər
- Bakıda "Porsche" ilə sərxoş halda avtoxuliqanlıq edən qadın sürücü həbs olundu
- Şirvanda xuliqanlıq edən qazi saxlanılıb
- Toy karvanında qaydalar kobud şəkildə pozuldu: 7 sürücü məsuliyyətə cəlb edildi
- Balakəndən təhlükəli görüntülər: Polisə tabe olmayan avtoş qaçdı
- Narkotikin təsiri altında olan sürücü motosikletlə avtoxuliqanlıq etdi - ANBAAN VİDEO