Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda şirkətə qarşı 17 min manatlıq dələduzluq olub
Nizami rayonu ərazisində yerləşən şirkətlərin birindən aldatma yolu ilə 17 480 manat dəyərində elektrik əşyalarının alınması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- 238 minə aldığı gözəllik cihazları başına bəla oldu
- Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı
- Bakıda bir milyon manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib
Ən çox oxunanlar