Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Baş Prokurorluqdan Sumqayıtda ana və uşaqlarının zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Sumqayıt şəhərində dörd nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və üç azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü Sevgül Əllədin qızı İsgəndərova yaşadığı mənzildə dərman vasitəsilə üç uşağını zəhərləyib. Daha sonra o, özü də həmin həbləri qəbul edərək zəhərlənib.