Belorusun Moqilyov şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan vətəndaşının 3 tondan artıq yemişini müsadirə edib.
Bu barədə Oxu.Az Sputnik-ə istinadən xəbər verir.
Məlumata əsasən, yemişlə dolu avtomobil “Rusiya Federasiyası-Vitebsk-Qomel-Ukrayna sərhədi” yolunda saxlanılıb.
Polis bölməsindən bildiriblər ki, avtomobil sahibinə qaytarılıb, lakin Azərbaycan vətəndaşı Belorusiya qanunlarını pozduğu üçün (qanunsuz sahibkarlıq fəaliyyəti) onun malı müsadirə edilib.
Qeyd olunur ki, yükün ümumi dəyəri 40 000 000 belorus rublu təşkil edir (2 630 manat).