“Müsbət Dəyişikliklər” Hərəkatının rəhbəri, ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, “NİDA”-çı gənclərin məhkəməsi zamanı binanın ətrafına yığışan gənclərin içində olan B.Hacıyevdən polis gəncləri sakitləşdirməyi tələb edib:
“Polis mənə dedi ki, gəncləri sakitləşdir. Mən dedim ki, onların rəhbəri deyiləm”.
Bir polis gənc qızı tutmaq istəyərkən B.Hacıyev etiraz edib.
“Polislərdən biri kobud danışdı. Polislər məni tutdular. 22-ci polis bölməsinə gətiriblər”- deyə B.Hacıyev vurğulayıb.