Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Biləsuvardakı silahlı insidentin TƏFƏRRÜATI
Biləsuvar rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatı məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.
Rayon sakini, 1983-cü il təvəllüdlü Elməddin Əzizağa oğlu Cəfərov həmyerlisi, 1995-ci il təvəllüdlü Raul Quliyev tərəfindən ov tüfəngi ilə güllələnib.
Yaralı ayaq və qarın nahiyəsindən çoxsaylı xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, münaqişə tərəfi olan şəxslər əvvəlcə rayon mərkəzindəki çayxanada mübahisə ediblər. Mübahisə zamanı Elməddin Cəfərov həmyerlisinə şillə vurub. Daha sonra rayonun Nərimankənd sakini olan Raul Quliyev çayxananı tərk edərək evə gedib. O, ov tüfəngini götürərək yenidən çayxanaya qayıdıb və Elməddin Cəfərova atəş açıb. Cinayəti törədən şəxsin sonrakı planını həyata keçirməsinə yaxınları mane olub və tüfəngi onun əlindən alıblar.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Raul Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Biləsuvarda 41 yaşlı şəxs of tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, martın 2-də, saat 12:45-də Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.
Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Sumqayıtda TƏHLÜKƏ: Sakinlərə bıçaqla hücum EDİLİR - İDDİA
- Azərbaycanda buraxılış imtahanı keçirilib - Nəticələrin elan olunacağı vaxt açıqlanıb
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT ETDİ
- Müşfiq Xanın oğlu Bakıda hosteldən TAPILIB: Yoxa çıxmasının ƏSL SƏBƏBİ BİLİNDİ
- Füzulidə narkokuryerlik edən șəxs saxlanılıb