Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Biləsuvarın İsmətli kəndində xəstəlikdən öldüyü deyilən 72 yaşlı qadının qətlə yetirilməsinin bəzi təfərrüatı ortaya çıxıb.
Kənd sakini Almaz Cəfərovanın ölümündən təxminən 40 gün sonra məlum olub ki, qadın gəlini 30 yaşlı Gülbəniz Həsənzadə və onun qardaşı 25 yaşlı Qasım Həsənov tərəfindən öldürülüb.
"Bu hadisə ilə bağlı şübhələrim var idi. Meyiti yuyanda boynunda, boğazında izlər görmüşdüm. Əl-qolunu bağlayaraq boğublarmış", - deyə mərhumun qohumu bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Almaz Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini və onun qardaşı saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhumun nəşi ekshumasiya üçün məzardan çıxarılıb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ətraflı Baku TV-nin videomaterialında:
Biləsuvarın İsmətli kəndində gəlini və onun qardaşı tərəfindən öldürüldüyü ehtimal edilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın nəşinin ekshumasiyası həyata keçirilir.
Belə ki, mərhum bir neçə ay öncə dəfn olunmuşdu.
Qeyd edək ki, təzyiqdən öldüyü deyilən qadının əslində qətlə yetirildiyi ortaya çıxıb.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn edilib. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Biləsuvarda təzyiqdən öldüyü qadının qətlə yetirildiyi məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
İlkin məlumata görə, bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən öldüyü bildirilib.
Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.