Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəhər sakini Şərif Şərifov özünə məxsus BMW markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib.
Sürücü barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bundan başqa, monitorinqlər zamanı bir qrup gəncin müxtəlif markalı avtomobillərlə, qanunla qadağan edilməsinə baxmayaraq, səs siqnalından istifadə və avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mə...
Rəylər