Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cəlilabadda narkokuryer saxlanıldı
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 33 yaşlı Cahid Vəkilov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, ondan ümumilikdə 16 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla C.Vəkilovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvana çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bakıda iranlı narkotik tədarükçüsü ifşa olunub
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
- Narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib - HESABAT
- Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
- Azərbaycanda 154 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Rəylər