Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Anar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Mahmudov 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin oktyabr ayında Anar Mahmudov şəxsi münasibət zəminində çoban işlədiyi fermanın sahibi Yaşar İbişovu qətlə yetirib.
Samir Əli