Binəqədi rayonundakı “Dəmir Bank” ASC-dən oğurluğa cəhd göstərmiş paytaxt sakini Elxan Məsimov saxlanılıb.
Oxu.Az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, fevralın 11-də saat 23 radələrində Binəqədi rayonunun Ş.Məmmədova küçəsindəki “Dəmir Bank” ASC-dən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gələn Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş paytaxt sakini E.Məsimov saxlanılıb və 5-ci PB-yə təhvil verilib.