Biləsuvar rayon sakinindən 10 min manatlıq saxta əskinaslar götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Şahəddin Qasımovdan 67 ədəd 100 (6 700 AZN) manatlıqvə 70 ədəd 50 (3 500AZN) manatlıq saxta əskinas götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.
E.Ə.
www.oxu.az