Azərbaycanın Balakən rayonunda texnikum direktorunun oğlu bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gecə baş verib.
Rayon Polis Bölməsindən verilən məlumata görə, bıçaqlanan 1982-ci il təvəllüdlü Vüqar Xalid oğlu Xəlilov olub. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Artıq polis onu bıçaqlayan şəxsi də yaxalaya bilib. Bu, onun həmyerlisi 1993-cü il təvəllüdlü Samir Bəxtiyar oğlu Muradlı olub.
Onun özündən 11 yaş böyüyü bıçaqlamasına səbəb isə şəxsi münasibətləri olub.
Xatırladaq ki, bıçaqlanan gəncin atası Xalid Xəlilov əvvəllər rayondakı texnikumun direktoru vəzifəsində çalışıb.
E.Ə.
www.oxu.az