Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunub.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Növbəti proses mayın 29-na təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
Elgün Həsənli