Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ərəb ölkəsindən ölkəyə qayıdan Azərbaycan vətəndaşı səkkiz planşet və dörd telefonundan oldu
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Əbu-Dabi - Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı səkkiz ədəd planşet, dörd ədəd notbuk, səkkiz ədəd qulaqlıq, dörd ədəd "Apple Pencil Pro" markalı qələm, dörd ədəd "iPhone 15 Pro 128 GB" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ
- Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi
- Azərbaycana gətirilən arıqlama çaylarında təhlükəli maddə aşkarlandı - XƏBƏRDARLIQ
- Gömrük Akademiyasının tələbələri iki aydır təqaüdlərini ala bilmirlər
- 4.5 milyondan artıq vəsaiti ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılırlar
Rəylər