Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əvvəllər məhkum olunmuş şəxs həmkəndlisini qətlə yetirdi
Sabunçu rayonunun Maştağa qəsəbəsində həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sami Əliyevin sədrliyi ilə keçirilən baxış iclasında təqsirləndirilən şəxsin sərbəst ifadəsi dinlənilib. Maştağa qəsəbə sakini, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rəşid Babayev ifadəsində həmkəndlisi Roman Əsgərovla hər hansı yaxın bir münasibətinin olmadığını vurğulayaraq, törətdiyi hadisənin anlaşılmazlıq zəminində baş verdiyini bildirib.
"Mən tək yaşayırdım. Romanı əvvəllər də tanıyırdım. Bizdən bir az uzaqda olurdu. Hadisə olan gün qapı döyüldü. Mən qapını açan kimi Romanın olduğunu gördüm və o, qəfil mənim üzərimə atıldı. Qorxdum, düşündüm ki, bu məni öldürmək istəyir. O, içkili idi. Cəld içəri keçdim. Özümü xilas etmək üçün nəsə axtarmağa başladım. Niyyətim bıçaqlamaq deyildi. Amma əlimə bıçaq keçdi, mən də onu bıçaqla vurdum".
Rəşid Babayev xəsarət yetirdiyi şəxsin Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişməsini iki gün sonra eşidib. Məhkəmədə şahid kimi ifadə verən Maştağa sakini Hümbət Baratov hadisənin mühafizəçi çalışdığı parkdan bir qədər kənarda baş verdiyini bildirib. Qətlə yetirilən şəxsin çox vaxt parkda gecələdiyini və səfil həyat yaşadığını deyib.
Qeyd edək ki, hadisə 2024-cü ilin mayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanada həyatını itirib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ
Rəylər