Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq
Vəkillik fəaliyyətinə xitam verilən Əhməd Məhərrəmli barəsində Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.
"Unikal"ın məlumatına görə, artıq Bakı İnzibati Məhkəməsində Əhməd Nizami oğlu Məhərrəmlinin kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı prosesə sədrlik edən hakimin adı məlum olub.
Belə ki, bu prosesə sədrlik edən şəxs Aysev Almazova olacaq.
Qeyd edək ki, iyunun 10-da Vəkillər Kollegiyasına Əhməd Nizami oğlu Məhərrəmli ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17 may 2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.
Xatırladaq ki, ilk olaraq mətbuatda 12 saylı Vəkil Bürosunun vəkili Əhməd Nizami oğlu Məhərrəmlinin Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin bir aylıq dayandırılması ilə bağlı məlumatlar yayılmışdı.
"Vəkillər Kollegiyası" teqi üzrə xəbərlər
- Anar Bağırov: "Dövlət hesabına ödənilən hüquqi yardıma görə haqq kəskin şəkildə artırılacaq"
- Pulsuz hüquqi yardım göstərilən aztəminatlı şəxslərin sayı açıqlandı
- Anar Bağırov: "Ölkəmizdə vəkillərin ümumi sayı 2 609 nəfərə çatıb"
- Alimentin ödənilməsində DƏYİŞİKLİK
- İntizam pozuntularına görə 4 vəkilə xəbərdarlıq edilib, ikisinə isə töhmət verilib