Gəncədə 15 yaşlı oğlan özündən bir yaş böyük tanışını bıçaqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin şərq hissəsində yerləşən uşaq bağçasının həyətində baş verib.
Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Sənan Əliyevlə 1997-ci il təvəllüdlü Miryusif Hüseynov arasında mübahisə yaranıb və S.Əliyev özündən bir yaş böyük M.Hüseynovu bıçaqlayıb.
O, qarının kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır. M.Hüseynovu bıçaqlayan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.