Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gəncədə qətl hadisəsinin bəzi detalları məlum oldu
Gəncə şəhərində 44 yaşlı Şəmistan Süleymanovun ölümünün bəzi təfərrüatı məlum olub.
"Unikal"ın məlumatına görə, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov Nəsimi Mustafayevin fəhlə işlədiyi ünvana gələrək borcunu istəyib.
Nəticədə onlar arasında mübahisə yaşanıb və N.Mustafayev Şəmistan Süleymanova kəsici alətlə bir neçə zərbə vurub. Ş.Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, mərhum usta olub və tərəflər arasında qohumluq əlaqələri var. Hadisə Tontanlı küçəsi, 6-cı döngə, ev 13-də (yeni məhlələr) baş verib.
Qeyd edək ki, hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Rəylər