Gəncədə baş verən qətlin bəzi təfərrüatı məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 65 yaşlı M.Musayevlə hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı N.İsgəndərov arasında çayxanada domino oynayarkən mübahisə yaranıb.
Çayxanada olan digər şəxslər tərəfləri sakitləşdiriblər. Lakin bir müddət sonra onların arasında yenidən mübahisə düşüb.
Bu zaman N.İsgəndərov M.Musayevə bıçaqla xəsarət yetirib.
M.Musayev xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hər iki şəxs bir-birini tanıyıb və hadisənin baş verdiyi çayxanaya tez-tez domino oynamağa gediblər.
Gəncədə 65 yaşlı kişi bıçaq xəsarətindən həyatını itirib.
Oxu.Az xəbər verir ki, 1961-ci il təvəllüdlü M.Musayev bıçaqlanma nəticəsində ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.