Gəncə şəhərində evdə ailə münaqişəsi zamanı ər həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakini 1961-ci il təvəllüdlü Ağayev Bayram Yədulla oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az