Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Kəlbəcər Rayon Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, ötən il noyabrın 2-də 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın öldürülməsi faktı üzrə Kəlbəcər Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hüseyn Abbasova Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu
- Mərhum arvadını söyən həmkəndlisini bıçaqlayan şəxs həbs edildi
- "Qazaxlı Alik"in oğluna HÖKM OXUNDU
- Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU