Gəncədə quldurluq etmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulublar.
Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, yanvarın 5-də gecə saat 04 radələrində Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb ediblər.
Səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulublar.
S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana aşkar edilərək götürülüb.
APA-nın əldə etdiyi məlumata görə, basqına məruz qalan Qəmbər Abdullayev Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri vəzifəsində çalışır.