Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə külli miqdarda aksiz markasız siqaret və spirtli içki aşkarlanıb
Gəncə Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan siqaretlərin və saxta aksiz markası ilə markalanmış spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, şəhərin ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobilin yük yerindən aksiz markası ilə markalanmayan müxtəlif markalı 66 200 ədəd siqaret və saxta aksiz markası ilə markalanmış 48 ədəd spirtli içki aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Hava limanında xadimə ayaqyolundan qızıl külçə tapıb?
- İrandan Rusiyaya "brokoli və kahı" aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı
- Milyonlarla rublu Azərbaycandan qanunsuz çıxarmaq istədilər
- Bakıda aksiz markasız külli miqdarda siqaret aşkar edilib
- Qaçaqmalçılıqda təqsirli bilinən üç "Duty free" işçisinə hökm oxunub