Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.
Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb.
O, dərhal xəstəxanaya çatıdırılıb.