Gəncə şəhər sakinində külli miqdarda narkotik vasitə aşkar olunub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərovdan 2 kiloqram 700 qram marixuana götürülüb.