Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Mirzəqalib Məmmədovda külli miqdarda markotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mirzəqalib Məmmədovdan 12,13 qram marixuana götürülüb.
Onun evinə baxış zamanı əlavə olaraq 3 kiloqram 835 qram marixuana aşkar edilərək götürülüb.