Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə hökm oxundu
Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub.
“Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, F.Eyvazov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib.
Belə ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.
Xatırladaq ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Rauf İsfəndiyarovun köməkçisinə də cinayət işi açıldı
- Afiyəddin Məmmədova hökm oxundu
- Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA: 4 milyonluq DƏLƏDUZLUQ
- Xanım qeydiyyatçı klinikanın 74 min manatını mənimsəməkdə ittiham edilir
- Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi
Rəylər