Goranboyda axtarışda olan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Hacı Qurbanov tutulmuşdur.
E.Ə.
www.oxu.az