Göygöl rayonunda xeyli miqdarda silah-sursat aşkarlanıb.
DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşları tərəfindən Çaykənd kəndinin ərazisindən 1 ədəd qumbaraatan, 1 ədəd “AKM-74”, 1 ədəd “AKMS” silahları, 2 ədəd “Karabin”, 2 ədəd “TOZ-8” və 1 ədəd “TOZ-16” markalı tüfənglər, 29 ədəd lüləaltı qumbaraatan üçün mərmi, 3 ədəd qumbara, 3 ədəd mərmi, 1387 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq, 25 ədəd patron darağı və 1 ədəd patron darağı üçün çanta tapılıb.