Göygöldə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
“Report” xəbər verir ki, ölən şəxs rayonun Balçılı kənd sakini, 1971-ci il təvəllüdlü Q.Qurbanovdur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək kİ, yol qəzası Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
22:00
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ” markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.