Yaroslavlın Kirov rayon məhkəməsi iki saxta pul kəsən şəxsə qarşı cinayət işinə baxıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, cütlük Yaroslavlda istirahət edərək, burada 11 beş min rubllıq saxta əsginas xərcləyiblər.
Olqa Solodovnikovanın – Armen Balxçyanın sözlərinə görə:
“Əsginaslar həqiqətən də saxta imiş. Onlar bura sadəcə gəzməyə, istirahət etməyə gəliblər, axırda da belə olub”.
Müttəhimlər kürsüsündə iki Moskva sakini – gürcü və erməni əyləşib. Üçüncü şübhəli şəxs – Azərbaycan vətəndaşı axtarışa verilib.
Ötən yay beynəlmiləl üçlük saxta 5-minliklərlə Yaroslavla gəliblər. Mehmanxanada qalıb, şəhərin mərkəzində bir neçə mağazada olublar.
Aleksey Kukin – Yaroslavl prokuroru:
“Gün ərzində müxtəlif ticarət mərkəzlərində saxta əsginasları xərcləyiblər: linza üçün yuyucu maddə, dəftərxana ləvazimatları, it yemi alıblar, saxta pulu verərək, qalıq kimi əsl pul əldə ediblər”.
Üçlüyün xoşbəxtliyi çox çəkməyib. Bir həftə ərzində onların hər ikisi Korovniki qəsəbəsində saxlanılıblar. Saxlanılan şəxslər pulların saxta olduğunu əvvəlcədən bilirmişlər. 8 ilədək həbs cəzası onları qorxutmayıb.
Məhkəmənin hökmü ilə erməni 2 il, gürcü isə 3 il həbs cəzasına məhkum edilib.
Vəkillər qərardan şikayət etməyə hazırlaşırlar.