Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb
Sosial mediada, "YouTube" kanallarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloqer-jurnalist adı altında pul tələb edən daha bir nəfər müəyyən edilib.
Oxu.Az-ın məlumatına görə, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini, "Baş Kanal Media Group" adlı "YouTube" kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, bu məlumatı Daxili İşlər Nazirliyindən Oxu.Az-a təsdiqləyiblər.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar