Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Həyat yoldaşı və onun qohumlarını bıçaqlayan şəxsə HÖKM OXUNDU](https://images.oxu.az/2025/02/11/5skEmmaLMxgeesFibtt4AkqHF7cZPb0Fz0BKXanS:1200.webp)
Həyat yoldaşı və onun qohumlarını bıçaqlayan şəxsə HÖKM OXUNDU
Paytaxtın Sabunçu rayonunda ailə münaqişəsi zəminində həyat yoldaşı ilə yanaşı, onun nənəsi və bacısına bıçaqla ağır xəsarət yetirən Elnur Əliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub, Elnur Əliyev 16 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, mayın 17-də Sabunçu qəsəbəsində 1963-cü il, 2005-ci il və 2006-cı il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərərvurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.
Elgün Həsənli
Rəylər