Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Həyat yoldaşını altı bıçaq zərbəsi vuraraq öldürən qısqanc ərə HÖKM OXUNDU
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elçin Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2024-cü il iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Aygün Elşən qızı Vəliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Elçin Rafael oğlu Əliyev könüllü polisə təslim olub.
İttihama görə, Elçin Əliyev arvadını qısqanclıq zəminində öldürüb. O, Aygünə ümumilikdə 6 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- 4 uşaq anası ərini telefonla oynadığı yerdə öldürübmüş - Aynur Sakiti xəyanət edərkən tutub
- Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadının işi yenidən araşdırılacaq
- Elçilikdən sonra qızın bibisi oğlunu öldürmüşdü - Cəzası bilindi
- Məhkəmədə azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib
- 20 yaşlı oğlan əsgər yoldaşını "yetim" sözünə görə yatdığı yerdə güllələyib