İnterpol oğurluqda təqsirləndirilən Azərbaycan vətəndaşı barədə beynəlxalq axtarış elan edib.
Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, 1992-ci il təvəllüdlü Araz Məmmədovun barəsində cinayət işi başlanılıb.
İstintaqdan yayınan A.Məmmədov barəsində Azərbaycanın məhkəmə orqanı tərəfindən həbs-qətimkan tədbiri seçilib və onun barəsində axtarış elan olunması haqqında qərar çıxarılıb. Qərara əsasən, A.Məmmədov İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

A.S.
www.oxu.az