Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Yardımlı rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Səlmani Sula Behzadandan 11 kiloqram 415 qram tiryək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.