Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İran vətəndaşlarından narkotik əldə edərək satmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Bakının Səbail rayonunda saxlanılan şəxslərdən iki kiloqram heroin aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.
"Onların üzərindən iki kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb
- Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
- Bakıda narkoşəbəkənin əsas üzvləri ƏLƏ KEÇDİLƏR - Əməliyyatın GÖRÜNTÜLƏRİ
- Ötən ay 20 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb