Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşən Əhmədovun üzərində yoxlama zamanı onun gödəkçəsinin cibindəki siqaret qutusunda 5 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 5 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir.
Faktla bağlı təhqiqat aparılır.