İsmayıllı rayonundan millət vəkili Novruz Aslanov Daxili İşlər Nazirliyinin yaydığı xəbəri təkzib edərək deyib ki, həmin istirahət mərkəzinin Basqal qəsəbəsinə heç bir aidiyyatı yoxdur.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, deputatın Daxili İşlər Nazirliyinə müraciətindən sonra qurum xəbərdə düzəliş edərək, əxlaqsızlıq yuvasının Bizlan kəndi ərazisində aşkarlandığını bildirib.
“Səhv məlumat yayıblar. “Nazimoğlu” istirahət mərkəzi Basqaldan 3-4 kim aralı məsafədə yerləşir və Ağsunun Nüydü kəndi ilə İsmayıllının Bizlan kəndi arasında yol kənarındadır. Həmin yer İsmayıllı ərazisi sayılır, amma Basqal qəsəbəsinə aidiyyatı yoxdur”- deyə Novruz Aslanov bildirib.
15:18
İsmayıllıda istirahət mərkəzində fahişəxana aşkarlanıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Basqal kəndində “Nazimoğlu” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil olunması barədə şikayət daxil olub.
Daxil olan şikayət əsasında İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Keçirilən əməliyyat tədbirləri ilə “Nazimoğlu” istirahət mərkəzində həqiqətən də fahişəxana təşkil olunması müəyyən olunub. Oranı işlədən Ağsu şəhər sakini Nazim Dursunalıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.