Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski bəyan edib ki, Rusiyanın uğurlu inkişafı üçün siyasi rejim dəyişməlidir.
Bu barədə Partiyanın mətbuat xidməti bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Mən demirəm: Romanovlar evinin vəliəhdini axtaraq. 10 il müddətinə imperator, çar seçə bilərik. Hər 10 ildən bir dəyişə bilərik. Demokratiya variantı olacaq, amma bütün hakimiyyət onda olmalıdır”, - Vladimir Jirinovski bildirib.
Siyasətçi həmçinin Rusiyanın “bütün mövqelər üzrə ən sərt kursu” və Rusiyada “antioliqarx inqilabına” dair kurs elan etməyi təklif edib.