5 saylı İstintaq təcridxanasına narkotik maddə keçirmək cəhdi baş tutmayıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şükürov Rəvan Etibar oğlunun yanına qısa müddətli görüşə gəlmiş qardaşı Şükürov Elnur Etibar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman kartofun içərisində xüsusi üsulla gizlədilmiş, 5 ədəd sellofana bükülü, ümumi çəkisi 1,863 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.