Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Keçmiş arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı
Sumqayıt Apellyasiya Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Bəhruz Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.
Bəhruz Əliyevə 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 13 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb. Belə ki, Bəhruz Əliyev qısqanclıq zəminində keçmiş arvadı İ.Əliyevanı bıçaqlayıb. Kürək nahiyəsindən xəsarət alan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İ
B.Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
"Xırdalan şəhəri" teqi üzrə xəbərlər
- Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək LAYİHƏLƏR
- Xırdalanda baş verən güclü yanğına görə 45 nəfər təxliyə edildi
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- Xırdalanda gənc qız yaşadığı evdə özünü ÖLDÜRDÜ
- Xırdalanda özünə antibiotik vuran qadın öldü