Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan "Instapower" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmədə sənədlər tədqiq edilib.
Zərərçəkən şəxslər vəsatət təqdim edərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş ediblər. Onlar iddia ediblər ki, təqsirləndirilən şəxs törətdiyi əməli tək özü etməyib və digər şəxslər də mühakimə olunmalıdırlar.
Məhkəmə deyilənlərlə bağlı başqa cinayət işi açıldığını və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparıldığını əsas gətirərək vəsatəti rədd edib.
Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Orxan Babazadənin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Orxan Babazadə və vəkili çıxış üçün vaxt istəyiblər.
Məhkəmə fevralın 5-dək təxirə salınıb.
Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib. Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.
Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Fotoda: Orxan Babazadə
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı
- Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA
- Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir
- Cəbrayılda xəstəxana işçisi dələduzluğa görə həbs edilib: İşədüzəltmə vədləri ilə 17 min manat alıb
- Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs SAXLANILDI
Rəylər